AZAL klubu Bakıdakı təlim-məşq toplanışına xeyli sayda legioner dəvət edəcək. Bu barədə Sportnet.az-a paytaxt təmsilçisinin baş məşqçisi Tərlan Əhmədov məlumat verib.
Mütəxəssis bu futbolçular arasında Gürcüstan "Zestafoni”sinin nigeriyalı yarımmüdafiəçisi Nnamaeka Acurunun da olduğunu deyib: "Ötən ayın 21-də Gürcüstanda idim. Dinamo (Tiflis) klubundan bir futbolçunun oyununu izləmək istəyirdim. Əfsuslar olsun ki, o, ölkə kubokunun finalında oynamadı. Amma "Zestafoni”də bir futbolçu var. Adı Nnamaeka Acurudur. Onu da baxışa dəvət edəcəyəm. Tək Gürcüstanda deyil, ümumilikdə, maraqlandığımız legionerlər çoxdu. Bir-iki gündən sonra onlardan 8-9 nəfərini, Bakıya 2-ci mərhələ məşqinə dəvət edəcəyəm”.
Əhmədov Türkiyənin Bolu şəhərində keçirəcəkləri təlim-məşq toplanışına da 1-2 futbolçunu dəvət etmək istədilkəlirini bildirib.