Almaniya millisinin və "Bavariya" klubunun keçmiş müdafiəçisi Jerom Boatenq karyerasını Fransada davam etdirəcək.
Sportnet.az-ın məlumatına görə, 33 yaşlı müdafiəçi "Lion"la anlaşıb.
Almaniyalı oyunçu tibbi müayinədən keçəcək və iki illik müqavilə imzalayacaq. O, artıq bu gün yeni komandasına qoşulacaq.
Qeyd edək ki, 2011-ci ildən "Bavariya"da çıxış edən Boatenq 2020/2021 mövsümünün sonunda klubdan ayrılıb. O, 2009 - 2019-cu illərdə Almaniya yığmasının formasını geyinib və 2014-cü ildə dünya çempionu olub.