"Həqiqətən də maraqlı oyun alındı. Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. Buna baxmayaraq, komandam yaxşı mübarizə apardıq". Sportnet.az-ın məlumatına görə, bunu AZAL komandasının baş məşqçisi Tərlan Əhmədov "Qarabağ"a 0:1 hesabı ilə yenildikləri Topaz Premyer Liqasının XXI tur qarşılaşmasından sonra deyib.
44 yaşlı mütəxəssis bildirib ki, qələbə qazanmaq istəsələr də, komandasını 1 xal da qane edə bilərdi. Məğlubiyyətə baxmayaraq, Əhmədov yetirmələrinə heç bir iradının olmadığını söyləyib: "Sadəcə, səhvlər üzərində işləməliyik. Növbəti tur bizi çətin Sumqayıt səfəri gözləyir. Həmin oyuna ciddi hazırlaşmalıyıq”.