Azərbaycan millisinin sabiq futbolçusu Coşqun Diniyev “Zirə”də ilk matçına çıxıb.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçinin debütü “Keşlə”yə səfərdə 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın III tur oyununa təsadüf edib. O, start heyətdə yer alıb.
Qeyd edək ki, Coşqunun qardaşı Kərim də Premyer Liqada “Zirə” forması geyinib. Diniyevlər Premyer Liqada "Zirə"nin formasını geyinən ilk qardaşlardır.