
UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin I turundakı “Qarabağ” – “Bazel” (İsveçrə) oyunundan əvvəl keçiriləcək açıq məşq (15 dəqiqə) və mətbuat konfranslarının vaxtları müəyyənləşib.
Sportnet.az-ın məlumatına görə, setyabrın 15-də saat 17:00-da Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov Bakı Olimpiya Stadionunda jurnalistlər önünə çıxacaq. Saat 18:30-da isə "köhlən atlar"ın 15 dəqiqə mətbuat üçün açıq məşqçi təşkil ediləcək.
Saat 19:30-da "Bazel"in baş məşqçisi Patrik Rahmenin mətbuat konfransı, saat 20:00-da isə komandanın məşqi start götürəcək.
Qeyd edək ki, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda oynanılacaq "Qarabağ" - "Bazel" görüşü saat 20:45-də başlayacaq.