
Futbol üzrə Azərbaycan I Divizionunda 2021/2022 mövsümünə start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyunu Gəncədə "Kəpəz" və "Qəbələ-2" komandaları arasında olub.
Gəncə şəhər stadionunda keçirilən qarşılaşmada topa ilk zərbəni Vətən Müharibəsi qaziləri - "Kəpəz"in sabiq futbolçusu Talib Bayramov və Gəncə təmsilçisinin azarkeşi Sərxan Yolçuyev ilə Tural Xanəliyev endiriblər. Görüş qolsuz bərabərliklə başa çatıb.
Günün digər matçında "Neftçi-2" evdə "Sabah-2"yə 1:2 hesabı ilə uduzub. "Keşlə-2" isə evdə "Zaqatala"nı darmadağın edib - 5:1. Paytaxt təmsilçisinin heyətində əsas komandadan kənarlaşdırılan Anatol Abanq het-trik edib.
I Divizion
1-ci tur
"Kəpəz" - "Qəbələ-2" - 0:0
"Neftçi-2" - "Sabah-2" - 1:2
Qollar: Famil Camalov, 71 - Ceyhun Nuriyev, 45+2, Kamran Quliyev, 90+6 (penalti)
"Keşlə-2" - "Zaqatala" - 5:1
Qollar: Anatol Abanq, 17; 35; 61, Fərid Nadirov, 38, Vüsal Qənbərov, 90+2 - Xəlil Bəşirov, 9