Futbol üzrə Azərbaycan I Divizionunda II turun MOİK - "Səbail-2" oyunu gec başlayıb.
Bu barədə Sportnet.az-a Peşəkar Futbol Liqasının Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib.
O bildirib ki, Təcili Tibbi Yardım maşını stadiona təyin olunduğu vaxtda gəlmədiyi üçün qarşılaşmanın startı gecikib: "Qaydalara görə, Təcili Tibbi Yardım maşını və əməkdaşlar olmadan oyun başlaya bilməz. Oyunun nümayəndəsi bu barədə bizi əvvəlcədən məlumatlandırıb. Məsələnin nümayəndə protokolunda əksini tapacaq və hüquqi müstəviədə müzakirəyə çıxarılacaq".
Qeyd edək ki, hazırda hesab bərabərdir - 1:1.