Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi oyunların stadionları müəyyənləşib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəqiblər noyabrın 12-də Avstriya, noyabrın 16-da isə Norveç olacaq. Hər iki qarşılaşma “Bakcell Arena”da oynanılacaq.