"Əvvəlcə sabahkı Anım günü ilə əlaqədar şəhidlərimizə Allahdan rəhmət diləyirəm".
Sportnet.az-ın məlumatına görə, bunu "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev səfərdə "Sumqayıt" komandası ilə 0:0 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra mətbuat konfransında deyib. 41 yaşlı mütəxəssis bildirib ki, oyunun ağır olacağını öncədən dərk ediblər.
O, komandasının layiqli 1 xal qazandığını söyləyib: "Rəqibin təzyiq edəcəyini anlayırdıq. Əvvəlki qarşılaşmalarımız da dinamik alınmışdı. Qazanılan 1 xaldan razı qaldım".
Baxşıyev futbolun emosional olduğunu, bu səbəbdən qapıçı Nicat Mehbalıyevə dediyi sözlərin narazılıq kimi qəbul edilməsini düzgün saymayıb.