Kiprdə "Omoniya"ya qarşı UEFA Konfrans Liqasının qrup oyununda başından zədələnmiş "Qarabağ"ın futbolçusu Filip Ozobiçə matçdan dərhal sonra tibbi yardım göstərilib.
Bu barədə Sportnet.az-a Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.
Onun sözlərinə görə, final fitindən sonra xorvatiyalı yarımmüdafiəçinin başına 6 tikiş qoyulub.
Qeyd edək ki, "Omoniya" - "Qarabağ" matçı Ağdam klubunun 4:1 hesablı qələbəsi ilə başa çatıb.