![](/uploads/posts/2021-10/medium/1633340103_patrik.jpg)
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinə dəvət alıb.
Sportnet.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi Liberiyaya qarşı keçirəcəkləri 2022-ci dünya çempionatının seçmə oyunları üçün yığmaya cəlb olunub.
Qeyd edək ki, oyunlar oktyabrın 7-də və 10-da olacaq. Daha əvvəl Marko Veşoviç Monteneqro millisinə çağırılıb.