Almaniya milli komandasının sabiq futbolçusu Lotar Matteus beşinci həyat yoldaşından da boşanıb.
Sportnet.az-ın "T-Online" nəşrinə istinadən məlumatına görə, 60 yaşlı keçmiş yarımmüdafiəçi özündən 27 yaş kiçik olan rusiyalı model Anastasiya Klimko ilə yollarını ayırıb.
Nikah 2014-cü ildə qeydə alınıb. 2021-ci ilin əvvəlində cütlük ayrılsa da, xəbər indi yayılıb. Klimkonun Matteus üçün dünyaya gətirdiyi oğlana Milan adı verilib.
Dünya çempionunun əvvəlki nikahlarından isə 2 qız və 1 oğlan doğulub.