Azərbaycanın veteran futbolçusu Rövşən Əhmədov "Kəpəz" klubunda işlə təmin olunub.
Gəncə təmsilçisinin Mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, keçmiş hücumçu aşağı yaş qruplarında seleksiyaçı məşqçi vəzifəsini yerinə yetirəcək.
Əhmədov futbolçu kimi "Kəpəz"lə Azərbaycan çempionu, ölkə kubokunun qalibi olub. O, "sarı-göylər"in heyətində çempionatın bombardiri adını da qazanıb.
Xatırladaq ki, Rövşən Əhmədov daha əvvəl işsizlikdən əziyyət çəkdiyini bildirib.