"Oyuna nəzarət tamamilə bizdə idi. Xeyli sayda qol epizodu yaratdıq. Daha çox qol vura bilərdik. Əsas odur ki, 3 xal qazandıq və Portuqaliyaya final oynamağa gedəcəyik".
Sportnet.az-ın məlumatına görə, bunu Serbiya yığmasının futbolçusu Duşan Vlahoviç evdə Azərbaycan millisini 3:1 hesabı ilə məğlub etdikləri 2022-ci il dünya çempionatının seçmə oyunundan sonra deyib.
Qarşılaşmada dubl edən 21 yaşlı hücumçu öz çıxışından razı qalmadığını bildirib: "Meydanda maksimum gücümü ortaya qoymalıyam. Bu gün daha yaxşı oynaya, het-trik edə bilərdim. Şükürlər olsun ki, matçı zədəsi və 3 xalla başa vurduq".