Fransanın PSJ klubunda çıxış edən Kosta-Rika millisinin qapıçısı Keylor Navas zədələnib.
Sportnet.az-ın məlumatına görə, 35 yaşlı qolkiper ABŞ-a 1:2 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyununda sıradan çıxıb.
Navas əzələsindəki problem səbəbindən fasilədə əvəzlənib. Təcrübəli oyunçu Parisə qayıtdıqdan sonra tibbi müayinədən keçəcək.
Navas oktyabrın 15-də Fransa Liqa 1-in X turunda Anje ilə matçı və oktyabrın 19-da Çempionlar Liqasının qrup mərhələsinin III turunda Almaniya "Leyptsiq"i ilə görüşü buraxmalı olacaq.
Qeyd edək ki, Keylor Navas cari mövsüm PSJ-nin heyətində 6 oyunda meydana çıxıb.