Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib.
Sportnet.az-ın məlumatına görə, Siyasət Əsgərovun baş məşqçi olduğu komanda III turda Monteneqronun qonağı olub.
Podqoritsa şəhərində keçirilmiş qarşılaşma rəqibin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
3 oyundan sonra xalsız olan Azərbaycan yığması sonuncu - 6-cı pillədə qərarlaşıb. Monteneqro isə 6 xalla ilk 3 sıranı bölüşür.
Qeyd edək ki, Azərbaycan millisi növbəti matçını oktyabrın 26-da Bakıda Maltaya qarşı keçirəcək.