"Reynaldo kimi futbolçu millimizə lazımdır". Bunu Sportnet.az-a açıqlamasında Azərbaycan yığma komandasının futbolçusu Maksim Medvedev deyib.
25 yaşlı müdafiəçinin sözlərinə görə, "Qarabağ"dakı komanda yoldaşı təkcə Azərbaycan çempionatında deyil, Avropa Liqasında da güclü klublara qarşı uğurlu çıxışı ilə seçilib: "Reynaldonun Avroliqada Almaniya "Ayntraxt”ına qarşı oyunu da yaxşı alındı. Yəni, o, güclü klublara qarşı da eyni oyunu sərgiləyə bilir".
Medvedev eyni zamanda braziliyalı legioneri yığmamızın milliləşdirilmiş futbolçuları ilə müqayisə edib: "Məncə, onlar Reynaldo kimi o dərəcədə də güclü deyillər. Hazırda millimizdə Almaniya və Türkiyə əsilli futbolçular da çıxış edirlər. Qoy, bir dənə də braziliyalı olsun, amma komandaya xeyir versin".