
UEFA Avropa Liqasında qrup mərhələsinin III turunun oyunlarından sonra həftənin futbolçusu açıqlanıb.
Sportnet.az-ın məlumatına görə, bu ada İngiltərə "Lester"inin hücumçusu Patson Daka layiq görülüb.
Zambiyalı forvard Rusiyada Moskva "Spartak"ına 4:3 hesabı ilə qalib gəldikləri matçda poker edib.
Konfrans Liqasında isə Norveçin "Budyo Qlimt" klubunun hücumçusu Erik Botheym həftənin oyunçusu seçilib. 21 yaşlı forvard evdə İtaliya "Roma"sını 6:1 hesabı ilə darmadğaın etdikləri görüşdə 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.