İtaliyanın "Milan" klubunun futbolçuları Zlatan İbrahimoviç və Frank Kessi irqçiliyə məruz qalıb.
Sportnet.az "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, hadisə A Seriyasının XI turunda "Roma" ilə səfər oyununda baş verib.
Yerli fanatlar İbrahimoviçi qaraçı adlandırıblar. Tərəfdarlar Kessinin Nikolo Canoloya qarşı kobudluq etməsindən sonra meymun səsi çıxarıblar.
Qeyd edək ki, qarşılaşma "Milan"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Rossonerilər"in qollarını Kessi və İbrahimoviç vurub.