
İlkin Muradov “Zirə”nin heyətində ən çox oyun keçirən futbolçu adına yiyələnib.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Muradov Azərbaycan Premyer Liqasında X turun “Sabah”la səfər matçında (3:3) meydana çıxaraq mütləq rekorda imza atıb. “Bank Respublika Arena”dakı görüş yarımmüdafiəçinin “qartallar”ın heyətində 104-cü matçı olub. O, 103 oyuna çıxan Adil Nağıyevin rekordunu arxada qoyub.
“Sabah”la qarşılaşma Muradov üçün yubileylə də əlamətdar olub. O, komandanın heyətində 90-cı çempionat görüşündə iştirak edib. Digər 14 matç Azərbaycan Kubokuna təsadüf edib. O, vurduğu 4 qolun hamısına çempionatda imza atıb.
Qeyd edək ki, Muradovun debütü 2017/18 mövsümündə gerçəkləşib. O, 2017-ci il aprelin 29-da Premyer Liqanın AZAL-la səfər matçında (3:0) meydana çıxıb.