
"Qarabağ"ın futbolçusu Patrik Andrade Kabo-Verde millisində növbəti oyununa çıxıb.
Sportnet.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçisi səfərdə Nigeriya ilə 1:1 hesablı heç-heçə etdikləri 2022-ci il dünya çempionatının seçmə matçında iştirak edib.
Start heyətində meydana çıxan oyunçu 66-cı dəqiqədə əvəzlənib.
Qeyd edək ki, Kabo-Verde seçməsi qrupu 11 xalla 2-ci yerdə başa vurub və pley-offa vəsiqə qazana bilməyib.