
Azərbaycan Premyer Liqasının XI tur matçında üz-üzə gələcək "Qəbələ" və "Sumqayıt" komandaları tarixdə 38-ci dəfə görüşəcəklər.
Sportnet.az-ın "Qəbələ"nin rəsmi saytına istinadən məlumatına görə, əvvəlki oyunlarda “qırmızı-qaralar” böyük üstünlüyə malik olub.
Aktivində 21 qələbə olan əyalət komandası 11 heç-heçə edib və yalnız 5 dəfə uduzub. Bu üstünlük top fərqində də əksini tapıb – 57-27. “Qırmızı-qaralar”ın heyətində “Sumqayıt”la matçların bombardiri 7 qola imza atan Viktor Mendidir.
Premyer Liqada oynanılmış 36 görüşdə 20 dəfə üç xal qazanan “Qəbələ” 11 sülhə nail olub. “Sumqayıt” isə 5 dəfə qalib gəlib. Çempionatdakı top fərqi 56:27-dir.
Öz meydanında 19-cu dəfə “Sumqayıt”ı sınağa çəkəcək komanda evdə 13 qələbə qazanıb, 4 heç-heçə edib və 1 dəfə məğlub olub. Evdə 33 top vuran “Qəbələ” 10 qol buraxıb.
Qeyd edək ki, Qəbələ şəhər stadionundakı görüş saat 16:00-da başlayacaq.