Türkiyə millisi, "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" komandalarının sabiq baş məşqçisi, hazırda "Altay" klubuna başçılıq edən Mustafa Denizlinin adı İzmirdə yeni açılacaq Alsancaq stadionuna veriləcək.
Sportnet.az-ın "Sözcü" nəşrinə istinadən məlumatına görə, arenanın açılış mərasimi noyabrın 26-da keçiriləcək. Tədbirə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da qatılacaq.
"Altay" və "Altınordu" klublarının oyunlarına ev sahibliyi edəcək stadion 15 min azarkeş tutumuna malikdir.
Qeyd edək ki, Mustafa Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.