"Buraya böyük nikbinliklə gəlmişəm. Komandada işlərimin daha yaxşı olmasını istəyirəm".
Sportnet.az-ın məlumatına görə, bu fikirləri "Neftçi"nin braziliyalı futbolçusu Roman Maçado ölkəsinin "Lance" nəşrinə açıqlamasında deyib.
30 yaşlı forvard paytaxt təmsilçisində xoşbəxt olduğunu bildirib: "Çempion komandaya gəldiyimin fərqindəyəm. Hələlik yaxşı dönəmdə deyilik. Lakin, qollar vurduğum üçün xoşbəxtəm. Turnir cədvəlində istədiyimiz yerdə olmasaq da, yenidən liderliyə yüksəlmək niyyətindəyik. Komandanın irəliləməsi və çempionluq uğrunda mübarizə aparması üçün daha çox qol vurmaq istəyirəm".
Qeyd edək ki, "Neftçi" sentyabrın 1-də Roman Maçado ilə müqavilə imzalayıb. O, indiyədək "ağ-qaralar"da 3 qola imza atıb.