Fransalı jurnalist Romen Kanuti Türkiyənin "Qalatasaray" klubunu təhqir edib.
Sportnet.az-ın məlumatına görə, hadisə "Marsel"in UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda İstanbul təmsilçisinə qarşı keçirəcəyi oyundan əvvəl baş verib.
Media nümayəndəsi "sarı-qırmızılar"ın simvolu olan aslan heykəlinin üstünə çıxıb və sosial şəbəkə hesablarında "aslanı əhliləşdirdim" yazıb.
Onun bu hərəkətinə yerli azarkeşlər etiraz ediblər.
Qeyd edək ki, bu gün oynanılacaq "Qalatasaray" - "Marsel" matçı Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.