Ötən ilin noyabrında "Sumqayıt"la ilə müqavilə imzalayan, lakin zədəli olduğu üçün Almaniyada əməliyyat olunan Uğur Pamuk tam sağalıb. Sportnet.az-ın məlumatına görə, 26 yaşlı futbolçu artıq komanda ilə birlikdə məşqlərə başlayıb.
Uğur "Gənclik şəhəri" təmsilçisinin heyətində növbəti oyunlarına 76 nömrəli forma ilə çıxacaq.
Qeyd edək ki, Uğur 2012/2013 mövsümündə "Sumqayıt"da 14 qarşılaşmada meydana çıxıb (1194 dəqiqə) və 1 qol vurub. Daha sonra 203/2014 mövsümünün ikinci yarısında yenidən komandaya qoşulan adıçəkilən futbolçu bu dəfə 13 qarşılaşmada 1061 dəqiqə oynayıb və rəqib qapılarından 2 top keçirib.