"Keşlə"nin baş məşqçisi: "Heç-heçə üzücü nəticədir""Oyuna yaxşı hazırlaşmışdıq. “Sabah”la matçdan sonra oyunçulara iradlarımız oldu. Bu gün isə uşaqlar əllərindən gələni etdi".
Sportnet.az-ın məlumatına görə, bunu "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov evdə "Səbail" ilə 2:2 hesablı heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra mətbuat konfransında deyib.
Mütəxəssis bildirib ki, gözlənilməz qırmızı vərəqədən sonra qələbəni əldən veriblər: "Üzücü nəticədir. Sona 10 saniyə qalmış qol buraxmaq uşaqlara pis təsir edə bilər. Amma çalışacağıq ki, komandanı toparlayaq".
O, komandasının ilk hissədə sərgilədiyi oyundan razı qaldığını söyləyib: "Tablodakı nəticə bizi qane edirdi. Ən azı aqressiya baxımından futbolçulardan razıyam".