Azərbaycan milli komandasının futbolçusu Abbas Hüseynov “Qarabağ”da 100-cü oyununu keçirib.
Sportnet.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 26 yaşlı müdafiəçinin yubileyi Azərbaycan Premyer Liqasının XIII turuna təsadüf edib. “Sabah”a 5:1 hesabı ilə qalib gəldikləri matç onun üçün əlamətdar olub.
Hüseynov 5-ci mövsümdür şərəfini qoruduğu komandadakı 100 görüşdə 2 qol vurub. O, Premyer Liqada 64 (1 qol), ölkə kubokunda 8, avrokuboklarda 28 (1 qol) qarşılaşmada şans qazanıb. Cinah oyunçusunun debütü 2017-ci il avqustun 11-də “Neftçi” ilə səfər qarşılaşmasına (3:1) təsadüf edib.
Qeyd edək ki, “Qarabağ”ın digər oyunçusu Filip Ozobiç ötən tur klubda 100-cü matçını keçirən 48-ci futbolçu olubsa, Abbas Hüseynov bu siyahıda 49-cudur.