“Oyuna yaxşı hazırlaşmışıq. İtkilərimiz var. “Sabah” çempionatdakı sonuncu turu nəzərə almasaq, son matçlarda yaxşı nəticələr qazanıb, onlarda ruh yüksəkliyi var".
Sportnet.az xəbər verir ki, bu fikirləri "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə "Sabah"a qarşı keçirəcəkləri Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyunu barədə klubun rəsmi saytına açıqlamasında deyib.
61 yaşlı mütəxəssis rəqiblərinin güclü olduğunu söyləyib: "Cari mövsümdə görüşəcəyimiz ən güclü komanda olacaq. Səfərdə oynayacağıq, bizi çətin oyun, gərgin mübarizə gözləyir. Çalışacağıq ki, yaxşı oyun, xarakter göstərək, layiqli şəkildə mübarizə aparaq. Meydanda əlimizdən gələnin ən yaxşısını etməyə səy göstərəcəyik. Hər halda nəticə sonda bilinəcək”.
Qeyd edək ki, bu gün “Bank Respublika Arena” oynanılacaq qarşılaşma saat 18:00-da başlayacaq.