1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kanales 50-yə çatdı
"Neftçi”nin futbolçusu Nikolas Kanales Topaz Premyer Liqasında 50-ci oyununu keçirib. Sportnet.az-ın məlumatına görə, AZAL-la III turdan təxirə salınan qarşılaşma çilili hücumçu üçün yubiley xarakteri daşıyıb.
Bu əlamətdar hadisəyə matçın taleyini həll edən qolla töhfə verən Kanales Azərbaycan çempionatlarında 31-ci qolunu vurub. Cari mövsüm AZAL-la keçirilən hər üç oyunda qol vuran hücumçu Premyer Liqadakı orta məhsuldarlığını 0,62-yə çatdırıb. Bu isə ən azı 50 oyun keçirən futbolçular arasında Azərbaycan çempionatları tarixinin 3-cü göstəricisidir.
"Neftçi”nin 1:0 hesablı səfər qələbəsi qazandığı görüşdə daha 3 yubiley qeydə alınıb. Start heyətində meydana çıxan digər 2 futbolçu da özü üçün tarixi qarşılaşmada iştirak edib. "Neftçi”nin müdafiəçisi Elvin Yunuszadə iki yubileyə eyni vaxtda sevinib. Premyer Liqada 100-cü matçına çıxan arxa xətt oyunçusu bu qarşılaşmaların 31-ni "Simurq”, 69-nu "Neftçi”də keçirib. Elvin həm də "ağ-qaralar”ın heyətində ümumilikdə 100-cü matçına çıxıb. Buna onun 15 kubok və 16 avrokubok görüşündə də iştirak etməsi səbəb olub.
Qeyd edək ki, yubiley oyununda sarı vərəqə ilə cəzalanan Yunuszadə kimi AZAL-ın futbolçusu Xuan Fransiskoda əlamətdar qarşılaşmanı xəbərdarlıqla başa vurub. 3 mövsümdə Bakı klubunun formasını geyən ispaniyalı Premyer Liqada 50-ci oyununu keçirib.