
"Sumqayıt" klubu futbolçuları Roman Hüseynov və Səid Rza ilə yollarını ayırıb.
Sportnet.az-ın "gənclik şəhəri" təmsilçisinin rəsmi saytına istinadən məlumatına görə, oyunçularla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Klub hər iki futbolçuya göstərdikləri xidmətlərə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.