“Neftçi” klubu “Türk Hava Yolları” ilə başa çatan əməkdaşlıq müqaviləsinin müddəti uzadıb.
Sportnet.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, sözləşmə daha bir il qüvvədə qalacaq.
Yeni müqaviləyə əsasən, “Türk Hava Yolları” “Neftçi”nin titul sponsoru olmağa davam edəcək. Əsas və əvəzedici komandaların oyun və məşq formalarının üzərində yenə də şirkətin loqosu əksini tapacaq. Komandaya məxsus təlim-məşq bazası “Türk Hava Yolları Futbol Mərkəzi” adını daşıyacaq. Bundan əlavə, kluba məxsus “Neftçi TV” və sosial şəbəkələrdə, o cümlədən bilbordlarda, çap materiallarında, biletlərdə, dəvətnamələrdə və digər məlumat məhsullarında aviaşirkətin loqosu yerləşdiriləcək.
Qeyd edə ki, “Türk Hava Yolları” 2018-ci ildən "Neftçi" ilə əməkdaşlıq edir.