"Eddi İsrafilovla bağlı siyasi məsələləri özü ilə danışsanız yaxşı olar".
Sportnet.az-ın məlumatına görə, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan millisinin sabiq futbolçusunun Vətən müharibəsi vaxtı neytral mövqeli açıqlamalarına münasibət bildirərkən deyib.
44 yaşlı mütəxəssis bildirib ki, İsrafilovu yerli oyunçu statusu daşıdığı üçün transfer ediblər: "Qışda yerli futbolçu tapmaq çətindir. Fürsət düşdü və gətirdik".