"Qarabağ"ın keçmiş futbolçusu Simeon Slavçev Bolqarıstanın "Levski" klubunu məhkəmə ilə hədələyib.
Sportnet.az-ın məlumatına görə, buna Sofiya təmsilçisinin 29 yaşlı yarımmüdafiəçiyə borclu qalmasıdır. O, paytaxt komandasına Ağdam klubundan 2019-cu ilin dekabrında keçsə də, ötən ilin sentyabrında Stanimir Stoilovun baş məşqçi təyinatından sonra gərəksiz futbolçuya çevrilib.
Lakin Bolqarıstan yığmasının sabiq üzvü həmin vaxt "Levski" ilə müqaviləni qarşılıqlı razılıq əsasında pozmaq istəməyib. Sonradan Slavçev bəzi iddialarını geri götürərək, klubla yollarını ayırıb.
"Levski" təcrübəli futbolçuya olan borclarını siləcəyinə söz verib. Lakin klub vədini yerinə yetirməyib. Bu isə Slavçevi qəzəbləndirib. Futbolçu komanda yoldaşlarından da özünə dəstək axtarsa da, onlar etirazlarını bildirmək istəməyiblər.
Xatırladaq ki, Simeon Slavçev "Qarabağ"da 5 iyul 2018-ci ildən 20 dekabr 2019-cu ilədək çıxış edib.