Portuqaliya millisinin sabiq futbolçusu Luiş Nani İtaliyanın "Venetsiya" klubuna keçə bilər.
Sportnet.az xəbər verir ki, bu barədə tanınmış jurnalist Canluka Di Martsio bildirib.
Hazırda azad agent olan 36 yaşlı yarımmüdafiəçi ilə "Cenoa" və "Bolonya" da maraqlanır.
Qeyd edək ki, Luiş Nani son olaraq ABŞ-da "Orlando"nun formasını geyinib. Nani 88 oyunda 31 qol və 25 məhsuldar ötürmə ilə yadda qalıb.