1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Məlikov oynamadı, İmamverdiyev yıxıldı
Türkiyə I Liqasında XXII turun növbəti oyunları keçirilib. Sportnet.az-ın məlumatına görə, ötən gün azərbaycanlı futbolçulardan Cavid İmamverdiyev və Rail Məlikovun komandaları uğursuzluğa düçar olub.
İmamverdiyevin 90 dəqiqə meydanda olduğu qarşılaşmada "Elazığspor" evində "Qaziantep BB"yə son dəqiqə qolu ilə uduzub - 0:1. "Dənizlispor" isə Rail Məlikovdan ümumiyyətlə yararlanmadığı səfər qarşılaşmasında "Giresunspor"a 0:2 hesabı ilə yenilib.
Bu nəticələrdən sonra "Elazığspor" 27 xalla 11-ci, "Dənizlispor" 18 xalla 17-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, tura Cəmşid Məhərrəmovun klubu "Adanaspor"la "Samsunspor" arasında bu gün keçiriləcək matçla yekun vurulacaq.