Ayxan Abbasov "Sumqayıt"ın baş məşqçi postundan erkən istefaya göndərildiyi üçün klubdan təzminat alıb.
Bu barədə Sportnet.az-a 41 yaşlı mütəxəssisin özü məlumat verib. Abbasovun sözlərinə görə, istefası qarşılıqlı razılıq əsasında olmayıb: "Qarşılıqlı razılıqla ayrılmaq üçün mən buna razılıq verməli idim. Çünki klubla müqaviləm davam edirdi. Sözləşməmdə isə təzminat bəndi var idi".
Sabiq baş məşqçinin fikrincə, klub təzminatı ödədiyi üçün onun istefaya göndərildiyinə dair açıqlamasında "qarşılıqlı razılıq əsasında" sözlərini yazmayıb.
Qeyd edək ki, Ayxan Abbasov 2020-ci il dekabrın 16-da istefaya göndərilib.