"Mordoviya" klubu Rusiya Kubokunun 1/4 final mərhələsində mübarizəni dayandırıb. Sportnet.az-ın məlumatına görə, baş məşqçi Yuri Syominin komandasının qarşısını "Kuban" kəsib.
Krasnodarda keçirilmiş matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 34-cü dəqiqədə Toni Şunyiç vurub. 87-ci dəqiqədə isə "Kuban"ın bolqarıstanlı legioneri İvelin Popov penalti zərbəsini dəqiq yerinə yetirə bilməyib.
Növbəti mərhələdə Krasnodar komandasının rəqibi MOİK olacaq. Digər yarımfinal matçında isə "Arsenal" - "Qazovik" və "Lokomotiv" - "Rubin" cütlərinin qalibləri qarşılaşacaq.
Qeyd edək ki, Yuri Syomin ötən mövsüm "Qəbələ" ilə Azərbaycan Kubokunun finalınadək irəliləməyi bacarıb.