"Neftçi" müqavilə ilə Yunanıstan "Olimpiakos"una məxsus olan qvineyalı futbolçu Mamadu Kane ilə vidalaşıb.
Bu barədə Sportnet.az-a Bakı klubunun Media, marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəisi Rüstəm Allahverdiyev məlumat verib. O, 25 yaşlı yarımmüdafiəçinin böyük ehtimalla "ağ-qaralar"a qayıtmayacağını bildirib.
Mamadu Kane ötən yay "Olimpiakos"la 4 illik müqavilə imzalayıb. O, 2019-cu ilin yanvarından "Neftçi"də çıxış edir.
Allahverdiyev həmçinin Rusiyanın "Ufa" klubunda çıxış edən Azərbaycan əsilli yarımmüdafiəçi Azər Əliyevlə danışıqların davam etdiyini söyləyib.