
Türkiyə "Qalatasaray"ı futbolçusu Deandre Yedlinlə yollarını ayırıb.
Sportnet.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, ABŞ-dan olan cinah müdafiəçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, ötən ilin fevralında İngiltərə "Nyukasl"ından transfer edilmiş 29 yaşlı oyunçu ilə 2,5 illik sözləşmə imzalanmışdı.