"Sabah" komandası Azərbaycan Basketbol Liqasının qalibi olub.
Sportnet.az xəbər verir ki, "bayquşlar" final seriyasında "Abşeron Lions"u üçüncü oyununda da üstələyiblər - 108:95.
Əvvəlki oyunlarda 98:93 və 112:84 hesablı nəticələr qeydə alınmışdı.
Qaydalara əsasən, üçüncü qələbəsini də əldə edən "Sabah" ardıcıl dördüncü dəfə ölkə çempionu tituluna yiyələnib.
















































































