“Liverpul” yay transfer dönəmində iki yeni cinah oyunçusunu heyətinə qatmağa hazırlaşır.
Sportnet.az insayder David Ornşteynə istinadən xəbər verir ki, İngiltərə təmsilçisinin əsas hədəflərindən biri Almaniyanın “Leypsiq” klubunda çıxış edən Yan Diomandedir.
Məlumata görə, mersisaydlılar bununla kifayətlənmək istəmir və daha bir yüksək səviyyəli vinger transfer etməyi planlaşdırır.
Rəhbərlik bu addımla azarkeşlərin etimadını yenidən qazanmaq niyyətindədir. Klubun yayda böyük məbləğ xərcləməyə hazır olduğu vurğulanıb.
Baş məşqçi Arne Slotun gələcəyi ilə bağlı məsələyə də aydınlıq gəlib.
“Liverpul” niderlandlı mütəxəssisi istefaya göndərməyi düşünmür və yeni mövsümə onun rəhbərliyi altında başlayacaq.
Klub rəhbərliyi yay transferlərindən sonra Arne Slota daha düzgün qiymət veriləcəyinə inanır.



















































































