"Sabah" komandası səfərdə "Şamaxı"ya qarşı keçirdiyi Azərbaycan Premyer Liqasının XXX tur matçında ciddi itki ilə üzləşib.
Sportnet.az-ın məlumatına görə, 39-cu dəqiqədə Timoteuş Puxaç əzələsini dartıb.
Polşalı sol cinah müdafiəçi oyuna davam edə bilmərək, əvəzlənib. Onun yerinə meydançaya Tellur Mütəllimov daxil olub.
Qeyd edək ki, hazırda "Sabah" 1:0 hesabı ilə öndədir.















































































