"İnter" klubu tarixində 21-ci dəfə İtaliya çempionu olub.
Sportnet.az-ın məlumatına görə, Kristian Kivunun baş məşqçi olduğu kollektiv buna A Seriyasında sona 3 tur qalmış nail olub.
XXXV turda "Parma"nı qəbul edən "İnter" 2:0 hesablı qələbə qazanıb. Bununla da xallarını 82-yə çatdıran "nerazzurri" ən yaxın izləyicisi "Napoli"ni 12 xal geridə qoyub.
Qolları 45+1-ci dəqiqədə Markus Türam, 80-ci dəqiqədə isə Henrix Mxitaryan vurub. Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlu isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, "İnter" son 6 ildə 3-cü, Kristian Kivu isə ilk mövsümündəcə İtaliya çempionu adını qazanıb.













































































