"Qarabağ" komandası bu gün "Turan Tovuz"la keçirəcəyi Azərbaycan Premyer Liqasının XXX tur matçına ciddi itkilərlə çıxacaq.
Klubun mətbuat xidmətindən Sportnet.az-a daxil olan məlumata görə, qapıçı Şahruddin Məhəmmədəliyev, müdafiəçi Bəhlul Mustafazadə, və yarımmüdafiəçi Coni Montiel zədəli olduqları üçün oynamayacaqlar.
Daha bir orta sahə oyunçusu Kadi Borges və hücumçu Kamilo Duran isə vərəqə limitini doldurduqlarına görə qarşılaşmanı buraxmalı olacaqlar.
Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Turan Tovuz" görüşünə saat 19:30-da start veriləcək.













































































