UEFA Çempionlar Liqasının 2025/2026 mövsümünün ikinci finalçısı müəyyənləşib.
Sportnet.az xəbər verir ki, Fransa PSJ-si ardıcıl ikinci dəfə bu vəsiqəyə yiyələnib.
Paris təmsilçisi öz meydançasında 5:4 hesabı ilə məğlub etdiyi "Bavariya"ya Almaniyada da uduzmayıb - 1:1. Hesabı 3-cü dəqiqədə PSJ-nin hücumçusu Usman Dembele açıb. 90+4-cü dəqiqədə isə "Bavariya"nın forvardı Harri Keyn bərabərlik qolunu vurub.
Münhen klubunun qələbə topunu vuraraq, oyunu əlavə vaxta uzatmaq cəhdləri isə nəticə verməyib.
Beləliklə, mayın 30-da Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək final matçında İngiltərə "Arsenal"ı ilə turnirin son qalibi Fransa PSJ-si üz-üzə gələcək. "Ferents Puşkaş" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab görüşü
23:00. "Bavariya" (Almaniya) - PSJ (Fransa) - 1:1
Qollar: Harri Keyn, 90+4 - Usman Dembele, 3
Hakimlər: Joao Pineyro, Brunu Jezuş, Lusiano Maya (hamısı Portuqaliya)
Dördüncü hakim: Espen Eskas (Norveç)
VAR: Marko Di Bello (İtaliya)
AVAR: Tiaqo Martinş (Portuqaliya)
Hakim-inspektor: Rune Pedersden (Norveç)
UEFA nümayəndəsi: Artur Qaydel (Latviya)
İlk oyun - 4:5
Qeyd edək ki, "Arsenal" yarımfinalda İspaniyanın "Atletiko Madrid" komandasını üstələyib - 1:1, 1:0.














































































