"Barselona"nın müdafiəçisi Joao Kanselo futbol tarixində unikal rekorda imza atıb.
Sportnet.az xəbər verir ki, portuqaliyalı müdafiəçi Avropanın “top-5” liqasında 4 fərqli ölkədə çempionluq qazanan ilk futbolçu olub.
2019 – “Yuventus”
2021, 2022 – “Mançester Siti”
2023 – “Bavariya”
2026 – “Barselona”
Bu göstəriciyə indiyədək heç bir futbolçu nail olmayıb.


















































































