İyunun 27-də Milli Gimnastika Arenasında təşkil olunacaq "UFC Fight Night Baku" turnirinin bütün döyüşləri açıqlanıb.
Sportnet.az xəbər verir ki, gecənin əsas döyüşündə təmsilçimiz Rafael Fiziev yüngül çəki dərəcəsində Manuel Torreslə (Meksika) qarşılaşacaq.
Yarışın ikinci əsas döyüşündə isə orta çəkidə Şarabutdin Maqomedov (Rusiya) braziliyalı Miçel Pereyra ilə üz-üzə gələcək.
Nazim Sadıxov yüngül çəkidə Mateus Kamilo (Braziliya) ilə münasibətləri aydınlaşdıracaq.
Asu Almabayev (Qazaxıstan) reytinq xarakterli döyüşdə Çarlz Conson (ABŞ) ilə üz-üzə gələcək.
Orta çəkidə İkram Aliskerov (Rusiya) braziliyalı Bruno Ferreyra ilə, almaniyalı Abus Maqomedov polşalı Mixal Oleksiyçukla qarşılaşacaq.
Yarımağır çəkidə Abdul Rəhman Yahyayev (Rusiya) Culius Uolkerlə (ABŞ), UFC-də debüt edəcək həmyerlimiz Fərman Həsənov isə yarımorta çəkidə Erik Nolanla (ABŞ) üz-üzə gələcək.
Orta çəkidə İsmayıl Naurdiyev (Mərakeş) italiyalı Marvin Vettori ilə, özbəkistanlı Nursulton Ruziboyev rusiyalı Andrey Pulyayev ilə qarşılaşacaq.
Yarımorta çəkidə Daniil Donçenko (Ukrayna) isveçli Andreas Qustafsson ilə qarşılaşacaq.
Bantam çəkidə isə Bekzat Almaxan (Qazaxıstan) braziliyalı Yan Matsumotonu sınağa çəkəcək.




















































































