
19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin yarımmüdafiəçisi Yusuf Oral Türkiyədə komandasını dəyişib.
Sportnet.az-ın məlumatına görə, 19 yaşlı oyunçu "Beşiktaş"ı III liqa təmsilçisi "Kuşadasıspor"a dəyişib. O, aşağı dəstə klubu ilə 1,5 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Yusuf Oral ötən ildən U-19 yığmasına dəvət alır.