"Bu, kubokda 2-ci oyunumuz idi. İlk matçda 4:0 hesabı ilə qalib gəlmişdik".
Sortnet.az xəbər verir ki, bunu "Zirə"nin məşqçisi Vaqif Paşayev səfərdə "Səbail"ə 3:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
Mütəxəssis qələbəni bu cür şərh edib: "Praktikada belə şeylər var ki, qalb komanda sonradan uduza da bilər. Ona görə də uşaqlara tapşırmışdıq ki, birinci görüşdəki hesabı yaddan çıxarsınlar və öz oyunlarını göstərsinlər. Sağ olsunlar, hava şəraitinə, küləyə baxmayaraq çıxıb oynadılar. İkinci hissədə öz oyunumuzu tapdıq".
Qeyd edək ki, "Zirə" yarımfinalda "Neftçi" ilə qarşılaşacaq.